“Roma” A Seriyasına tarixi rekordla start verdi

“Roma” baş məşqçi Can Pyero Qasperininin rəhbərliyi altında futbol üzrə İtaliya A Seriyasının 2026/2027 mövsümünə inamlı başlayıb.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisi yeni mövsümün ilk iki turunda böyük hesablı iki qələbə qazanıb.

İlk turda evdə “Fiorentina”nı 4:0 hesabı ilə məğlub etmiş “canavarlar” ikinci turda da səfərdə “Leççe”ni eyni hesabla üstələyib.

Bununla da paytaxt təmsilçisi klub tarixində ilk dəfə A Seriyasının yeni mövsümünə ardıcıl iki böyükhesablı qələbə ilə başlayıb. Komandanın ən azı 4 top fərqi ilə qazandığı bu iki qələbə klub üçün yeni rekorddur.

Xatırladaq ki, “Roma” növbəti turda sentyabrın 5-də “Atalanta” ilə üz-üzə gələcək. Doğma meydanda baş tutacaq bu görüşə Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: