“Mançester Siti”nin argentinalı yarımmüdafiəçisi Klaudio Eçeverri bundan sonra karyerasını Portuqaliyada davam etdirəcək.
Arena.az xəbər verir ki, 20 yaşlı futbolçu “Benfika”ya bir mövsümlük icarəyə verilib.
Bu barədə Portuqaliya klubunun rəsmi saytı məlumat yayıb. “Benfika” mövsümün sonunda argentinalı yarımmüdafiəçinin transfer hüquqlarına da ala bilər.
Klaudio Eçeverri Argentinanın “River Pleyt” klubunun yetirməsidir. “Mançester Siti” onu 2024-cü ildə 18,5 milyon avro müqabilində heyətinə qatmışdı. Argentinalı futbolçu İngiltərə nəhənginin heyətində cəmi 3 oyuna çıxıb, 1 qola imza atıb. Yarımmüdafiəçinin “şəhərlilər”lə 2028-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.
Eçeverri “Mançester Siti”yə gələndən sonra “River Pleyt”, “Bayer”, “Jirona” kimi klublara da icarəyə verilib.
Argentinanın U-17, U-20 və U-23 yığmalarında da oynamış Eçeverri 2023-cü ildə əsas millidə debüt edib. O, yığmada keçirdiyi 4 oyunda 1 qola imza atıb.
“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


