İtaliya çempionu “İnter” milli komandanın da üzvü olan 21 yaşlı mərkəz hücumçusu Françesko Pio Espozito ilə yeni müqavilə bağlayıb.
Arena.az xəbər verir ki, bu barədə Milan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
21 yaşlı forvardın yeni müqaviləsi 2032-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Yeni sözləşməyə əsasən Espozitonun qazancı da artıb.
Françesko Pio Espozito İtaliyanın digər klubu “Breşiya”nın yetirməsidir. O, 2014-cü ildən “İnter”in sistemindədir. Gənc hücumçu bu klubun əsas komandasının heyətində 53 oyuna çıxıb, 12 qol vurub, 8 məhsuldar ötürmə verib.
Espozito iki mövsüm “Spetsiya”da icarədə olub. O, bu komandada 79 oyun keçirib, 22 qol vurub, 3 assistlə yadda qalıb.
İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış futbolçu 2025-ci ildən əsas millidə çıxış edir. O, millinin heyətində 9 oyun keçirib, 5 qol vurub.


