Rani Xedira milli karyerasını başa vurdu

Almaniyanın “Union Berlin” klubunun yarımmüdafiəçisi Rani Xedira Tunis millisindəki karyerasını başa vurduğunu açıqlayıb.

Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu gənclərə yer vermək məqsədilə bu addımı atdığını bəyan edib.

DÇ-2026-da da iştirak etmiş oyunçu gələcəyə baxmaq vaxtının gəlib çatdığını, Tunis millisində istedadlı gənclərə yol açmaq istədiyini bildirib.

İspaniyanın “Real” klubunun keçmiş yarımmüdafiəçisi Sami Xediranın kiçik qardaşı olan almaniyalı idmançı vətəndaşlığını dəyişmək qərarını bu ilin yazında qəbul edib. O, Almaniyanın gənclərdən ibarət yığmalarında çıxış edib.

Qeyd edək ki, Rani Xedira DÇ-2026-dan əvvəl 3 yoxlama matçında forma geyinib, həmçinin mundialın 3 qarşılaşmasında (151 dəqiqə) meydanda olub.

“Ştutqart”ın yetirməsi olan Rani, “Leypsiq” və “Auqsburq”da da çıxış edib. 32 yaşlı yarımmüdafiəçi 2021-ci ildən formasını geyindiyi “Union Berlin”də 189 oyun keçirib, 8 qol vurub, 4 məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: