Daniel Maldini oyundan sonra qəzaya düşdü

“Kalyaari”nin futbolçusu Daniel Maldini İtaliya çempionatının 4-cü turunun “Atalanta” ilə oyunundan sonra avtomobil qəzasına düşüb.

Arena.az xəbər verir ki, hadisə Milanda baş verib.

İtaliyanın ANSA agentliyinin məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi qəza nəticəsində yüngül xəsarətlər alıb.

Maldini “Atalanta” ilə qarşılaşmada (2:1) komandasına qələbə qazandıran qolu vurub.

Daniel Maldini “Milan”ın əfsanəvi futbolçusu Paolo Maldininin oğludur. O, cari mövsümdən “Kalyaari”də çıxış edir. Yarımmüdafiəçi daha əvvəl “Latsio”, “Atalanta”, “Spetsiya”, “Montsa”, “Empoli” və “Milan”ın formasını geyinib. O, “Milan”ın heyətində 2021/2022-ci illər mövsümündə İtaliya çempionu olub.

Maldini İtaliya millisində 6 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: