Formula 1: Kimi Antonelli Bakıya qələbə ilə gəlir

Bu gün Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti mərhələsinin (14-cü qran-pri) həlledici yarışı baş tutub.

Arena.az xəbər verir ki, budəfəki yarış İspaniyada təşkil olunub.

Madriddə baş tutmuş İspaniya qran-prisində “Mersedes”in gənc pilotu Kimi Antonelli qalib olub. 20 yaşlı italiyalı sürücü 57 dövrəlik yarışda üstünlüyünü sonadək qoruyaraq qələbəsini rəsmiləşdirib. Bu, onun həm cari mövsümdə, həm də karyerası ərzində 8-ci zəfərdir.

“Red Bull”un sürücüsü, əvvəlki mövsümlərdə ardıcıl çempionluqlar yaşamış Maks Ferstappen Madriddə ikinci yerlə kifayətlənib. Üçüncü yer isə “Maklaren”dən Lando Norrisə qismət olub.

Beləliklə, geridə qalmış 14 mərhələdən sonra Kimi Antonelli 292 xalla vahid liderdir. “Mersedes”in digər pilotu Corc Rassel (211) ikincidir. Üçüncü yerdə “Ferrari”nin sürücüsü Luis Hamilton (191) qərarlaşıb.

Mühəndislər Kubokunda “Mersedes” 503 xalla ilk sırada qərarlaşıb. “Ferrari” 358 xalla ikinci, “Maklaren” isə 306 xalla üçüncü yerdə gedir.

Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti – 15-ci qran-prisi Azərbaycanda keçiriləcək. Bu yarış sentyabrın 26-da təşkil olunacaq.

Formula 1 üzrə dünya çempionatı, 2026

Pilotların yarışında turnir cədvəli:

  1. Kimi Antonelli (Mersedes) – 292
  2. Corc Rassell (Mersedes) – 211
  3. Luis Hamilton (Ferrari) – 191
  4. Lando Norris (Maklaren) – 186
  5. Şarl Lekler (Ferrari) – 167
  6. Maks Ferstappen (Red Bull) – 145
  7. Oskar Piastri (Maklaren) – 120
  8. İsak Hacar (Red Bull) – 71
  9. Liam Louson (Rasinq Bulls) – 59
  10. Pyer Qasli (Alpin) – 41
  11. Arvid Linblad (Rasinq Bulls) – 31
  12. Franko Kolapinto (Alpin) – 27
  13. Oliver Berman (Haas) – 18
  14. Qabriel Bortoleto (Audi) – 10
  15. Niko Hulkenberq (Audi) – 7
  16. Karlos Sayns (Uilyams) – 6
  17. Aleksander Albon (Uilyams) – 5
  18. Esteban Okon (Haas) – 3
  19. Fernando Alonso (Aston Martin) – 3
  20. Yuki Tsona (Rasinq Bulls) – 1
  21. Serxio Peres (Kadillak) – 0
  22. Valtteri Bottas (Kadillak) – 0
  23. Lens Stroll (Aston Martin) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Mersedes – 503
  2. Ferrari – 358
  3. Maklaren – 306
  4. Red Bull – 230
  5. Rasinq Bulls – 77
  6. Alpin – 68
  7. Haas – 21
  8. Audi –17
  9. Uilyams – 11
  10. Aston Martin – 3
  11. Kadillak – 0
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: