Bu gün keçirilmiş oyunlarla futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2026/2027-ci illər mövsümünün 3-cü turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Leypsiq” doğma meydanda “Hamburq”a 5 cavabsız qolla qalib gəlib. Üç qolun qeydə alındığı “Elversberq” – “Bayern” matçında isə Münhen təmsilçisi 3 xala sevinən tərəf olub.
Beləliklə, geridə qalmış 3 turdan sonra maksimum nəticə göstərmiş “Frayburq”la Dortmund “Borussiya”sının 9 xalı var. “Auqsburq”la “Bayern” 7, “Leypsiq”lə “Elversberq” isə 6 xal toplayıblar.
Almaniya, Bundesliqa
3-cü tur
11 sentyabr
Union Berlin – Şalke 1:3
12 sentyabr
Auqsburq – Bayer 2:2
Borussiya (Dortmund) – Paderborn 3:0
Frayburq – Borussiya (Mönhenqladbax) 5:0
Hoffenhaym – Ştutqart 2:1
Maynts – Ayntraxt 1:3
Köln – Verder 1:1
13 sentyabr
Leypsiq – Hamburq 5:0
Elversberq – Bayern 1:2


