Formula 1 üzrə dünya çempionatının 2027-ci ildə təşkil ediləcək Azərbaycan qran-prisinin keçiriləcəyi tarix müəyyənləşib.
Arena.az xəbər verir ki, Formula 1 və Beynəlxalq Avtomobil Federasiyası (FIA) Ümumdünya Avtoidman Şurasının təsdiqindən sonra 2027-ci ildə keçiriləcək dünya çempionatının təqvimi açıqlanıb.
Azərbaycan qran-prisi gələn il sentyabrın 24-26-da baş tutacaq.
2027-ci il mövsümü martın 12–14-də keçiriləcək Bəhreyn qran-prisi ilə başlayacaq. Dünya çempionatının sonuncu yarışı isə dekabrın 10–12-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində baş tutacaq.
Çempionat 22 ölkədə keçirilməklə 24 mərhələdən ibarət olacaq. 2027-ci ildə sprint yarışlarının sayı 6-dan 10-a çatdırılacaq. Mövsümün ilk rəsmi mövsümöncəsi testləri isə fevralın 24–27-də Bəhreyndəki “Sahir” trasında baş tutacaq.
Maraq üçün xatırladaq ki, 2026-cı ildə də Azərbaycan qran-prisi eyni tarixdə – 24–26 sentyabrda keçiriləcək.


