“Qarabağ”ın daha 4 legioneri milliyə dəvət aldı

“Qarabağ”ın daha 4 legioneri – Marko Yankoviç, Martin Zlomisliç, Renaldo Sefas Yamayka və Bruno Lanqa da ölkələrinin millisinə dəvət alıb.

Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, Marko Yankoviç Monteneqro, Martin Zlomisliç Bosniya və Herseqovina, Renaldo Sefas Yamayka, Bruno Lanqa isə Mozambik milli komandasına dəvət alıblar. Ağdam klubu futbolçularına qarşıdakı görüşlərdə uğurlar arzulayıb.

Xatırladaq ki, Ağdam klubundan daha öncə Bense Varkonyi də Macarıstan yığmasına dəvət almışdı və bunu xəbər vermişdik. Yeri gəlmişkən, digərlərindən fərqli olaraq, Varkonyi karyerası ərzində ilk dəfə ölkəsinin yığmasına çağırılıb.

Qeyd edək ki, adları çəkilən futbolçuların hər birini sentyabrın sonu və oktyabrın əvvəlində keçiriləcək oyunlarda iştirak şansı gözləyir.

“Qarabağ” Azərbaycan Premyer Liqasında milli fasiləyə qədər keçirdiyi 5 oyunda 13 xal qazanıb və yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Ağdam təmsilçisi bu oyunlarda 4 qələbə qazanıb, 1 heç-heçə edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: