Ötən ilin “Qızıl top” sahibi Usman Dembele PSJ-də komanda yoldaşı olan Xviça Kvaratsxeliyanı dünyanın ən yaxşı futbolçusu hesab edir.
Arena.az xəbər verir ki, fransalı hücumçu bu fikrini Fransa çempionatının mətbuat xidmətinə açıqlamasında səsləndirib:
“Şəxsən mən diqqət mərkəzində olmağı sevmirəm. Mənim üçün Xviça Kvaratsxeliya dünyanın ən yaxşı futbolçusudur”, – Dembele deyib.
Qeyd edək ki, “Qızıl top”un builki təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək. Kvaratsxeliya və Dembele də mükafata namizədlər arasında yer alırlar.
Xviça Kvaratsxeliya ötən mövsüm PSJ-nin heyətində Fransa çempionatının, Çempionlar Liqasının və Qitələrarası kubokun qalibi olub. 25 yaşlı gürcü futbolçu bütün turnirlərdə keçirdiyi 48 oyunda 19 qol vurub və 11 məhsuldar ötürmə verib.
Kvaratsxeliya 2025-ci ilin qışında PSJ-yə keçib. O, daha əvvəl “Lokomotiv” (Moskva), “Rubin”, “Napoli”, Tbilisi və Batumi “Dinamo”ları, eləcə də “Rustavi”nin formasını geyinib. “Lokomotiv”lə Rusiya Kubokunu, “Napoli” ilə isə iki dəfə İtaliya çempionluğunu qazanıb.


