Azərbaycan millisinin sabiq mərkəz müdafiəçisi Elvin Yunuszadə Türkiyənin “Boluspor” komandasının daha bir oyununu buraxıb.
Arena.az Türkiyə Birinci Liqasında 2026/2027-ci illər mövsümünün 8-ci turunun oyunları keçirilir.
Yunuszadənin bu yay transfer olunduğu “Boluspor” səfərdə “Sarıyer”lə üz-üzə gəlib. Görüş Bolu təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb – 1:2.
Elvin bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Boluspor” cari mövsümdə keçirdiyi 8 oyundan cəmi 1-də heç-heçə edib, 7 məğlubiyyətə üzülüb. Hazırda 1 xalı olan Bolu təmsilçisi 20 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb. Elvin bu görüşlərdən ikisində meydana çıxıb.
Xatırladaq ki, “Boluspor” Yunuszadənin karyerasında legioner həyatı yaşadığı üçüncü klubdur. Müdafiəçi daha öncə Bosniya və Herseqovinanın “Çelik”, Şimali Makedoniyanın “Şkupi” klublarında da forma geyinib. O, “Netçi”, “Qarabağ”, “Sabah”, “Səbail”, “Şamaxı”, “Kəpəz”, “İrəvan”, “Qəbələ” və “Karvan”ın da uğurları üçün çalışıb. Stopper mövqeyində çıxış edən Elvin Yunuszadə Azərbaycan millisinin də formasını geyinib. O, millimizin heyətində 3 oyuna çıxıb, 1 qola imza atıb.


