Bundesliqa: “Bayer” “Leypsiq”i 2 cavabsız qolla yendi

Bu gün keçirilmiş oyunlarla futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2026/2027-ci illər mövsümünün 4-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Şalke” – “Elversberq” görüşündə qapılara qol vurulmayıb. “Bayer” “Leypsiq”i, “Paderborn” isə “Hoffenhaym”ı məğlub yola salıb.

Beləliklə, geridə qalmış 4 turdan sonra maksimum nəticə göstərən yeganə komanda – Dortmund “Borussiya”sı 12 xalla vahid liderdir. “Bayern”lə “Frayburq”un 10, “Auqsburq”, “Bayer”, “Maynts”, “Elversberq” və “Verder”in 7 xalı var.

Almaniya, Bundesliqa
4-cü tur
18 sentyabr

Bayern – Union Berlin 7:0

19 sentyabr

Borussiya (Mönhenqladbax) – Maynts 3:4
Ayntraxt – Frayburq 2:2
Hamburq – Köln 2:1
Verder – Auqsburq 3:2
Ştutqart – Borussiya (Dortmund) 0:1

20 sentyabr

Bayer – Leypsiq 2:0
Şalke – Elversberq 0:0
Paderborn – Hoffenhaym 3:1

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: