2026/2027-ci illər mövsümünə inamlı başlamış “Neftçi” Azərbaycan çempionatlarının yüksək dəstəsində 550-ci qələbəsini qazanıb.
Arena.az xəbər verir ki, bu, komandanın yubiley – 1000-ci oyununa təsadüf edib.
Bakı klubu Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün 6-cı turunda “Qəbələ”yə qalib gəlib – 3:0. Bu, 242-ci səfər qələbəsi olub. “Ağ-qaralar” evdə 301, neytral meydanda 7 dəfə qalib gəliblər. “Neftçi” “Qarabağ”dan sonra 550 və ya daha çox qələbə qazanmış 2-ci komanda kimi tarixə düşüb.
Qeyd edək ki, paytaxt klubunun ilk qələbəsi 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”i ilə ev matçında gerçəkləşib – 1:0.
Hazırda Yuri Vernidubun rəhbərlik etdiyi “ağ-qaralar” Azərbaycan Premyer Liqasının cari mövsümündə 6 oyuna topladıqları 15 xalla yarış cədvəlində vahid liderdir. Komanda 6 oyunda 5 qələbə qazanıb, 1 məğlubiyyətə üzülüb.


