Ange Mutsinzi, İssa Cibrilla və Quima “Zirə”ni tərk edir

Premeyr Liqada çıxış edən “Zirə”nin üç legioneri – Ange Mutsinzi, İssa Cibrilla və Quima ölkələrinin milli komandalarına dəvət alıblar.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə vurğulanır ki, Mutsinzi Ruanda, Cibrilla Niger yığmasına çağrılıb. Quima isə Mozambik seçməsinin düşərgəsində olacaq.

İssa Cibrilla 2023-cü ildən “Zirə”də çıxış edir. 30 yaşlı sol cinah müdafiəçisi paytaxt klubunun heyətində 94 oyuna çıxıb, 12 qol vurub, 11 məhsuldar ötürmə verib. 2020-ci ildən Niger yığmasında çıxış edən futbolçu millinin heyətində 25 oyun keçirib, 5 qol vurub, 2 məhsuldar ötürmə edib.

2024-cü ildən “Zirə”də çıxış edən Ange Mutsinzi paytaxt klubunun heyətində 88 oyun keçirib, 4 məhsuldar ötürmə verib. 28 yaşlı mərkəz müdafiəçisi 2019-cu ildə debüt etdiyi Ruanda yığmasının heyətində 38 oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

Tam adı Rikardo Martins Gimarayns olan Quima isə 2025-ci ildən “Zirə”də forma geyinir. 30 yaşlı dayaq yarımmüdafiəçisi paytaxt klubunun heyətində 44 oyun keçirib. 2023-cü ildən Mozambik millisində çıxış edən yarımmüdafiəçi meydana çıxdığı 24 matçda 2 qol və 1 assistlə yadda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: