20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-20) Qəbələdəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını keçirib.
Arena.az xəbər verir ki, Ruy Jorjenin baş məşqçisi olduğu komanda bu gün “Qəbələ” ilə üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Millimizin qolunu Elyas Bağcı vurub.
U-20 millimiz Qəbələdəki toplanış çərçivəsində oktyabrın 3-də Moldova, ayın 6-da isə Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə də qüvvəsini sınayacaq. Hər iki görüş Qəbələ şəhər stadionunda keçiriləcək.
Qeyd edək ki, Azərbaycan millisinin təlim-məşq toplanışının ikinci mərhələsi sentyabrın 24-dən oktyabrın 6-na qədər davam edəcək.
Təlim-məşq toplanışına dəvət olunan futbolçuların siyahısını nəzərinizə çatdırırıq:
Tunar Mehdiyev (“Neftçi”)
Nicat Məhərrəmov (“Neftçi”)
Vüsal Kərimov (“Neftçi”)
Əli İbrahim (“Qarabağ”)
Pünhan Qasımzadə (“Neftçi”)
Abduləziz Cabbarlı (“Qarabağ”)
Anar Hüseynov (“Sabah”)
Əli Qazibəyov (“Qarabağ”)
Həsən Nəzərli (“Keçiören Spor”, Türkiyə)
Həbib Hüşənov (“Qəbələ”)
Rauf Eyyubov (“Sabah”)
Ayxan Abbaszadə (“İmişli”)
Uğur Qurbanlı (“Qarabağ”)
Səttar Tahirzadə (“Marcet”, İspaniya)
Murad Qurbanov (“Zirə”)
Həzrət Səmədov (“Sabah”)
Rəşad Alışov (“Qarabağ”)
Rəvan Feyziyev (“Qəbələ”)
Əhməd Tarverdiyev (“Sabah”)
Tuncay Əhmədov (“Sabah”)
Elyas Bağci (“Herta Berlin”, Almaniya)
Raul İsaqov (“Kəpəz”)
Əliəkbər Rzazadə (“Qarabağ”)


