Litva – Azərbaycan matçı kiprli hakimlərə tapşırıldı

Futbol üzrə UEFA Millətlər Liqasının 1-ci turu çərçivəsində keçiriləcək Litva – Azərbaycan oyununun hakimləri müəyyənləşib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu görüşü Kiprdən olan ədalət təmsilçiləri idarə edəcəklər.

Qarşılaşmanın baş hakimi Menelaos Antoniu təyin olunub. Ona yan xətt hakimləri Pavlos Georgiu və Eraklis Komodromos kömək edəcəklər. Dördüncü hakim funksiyasını Konstantinos Fellas yerinə yetirəcək.

VAR hakimi Marios Kristoforu, VAR köməkçi hakim isə Dimitris Solomu olacaq.

Qeyd edək ki, Litva – Azərbaycan görüşü sentyabrın 27-də Kaunas şəhərindəki Styaponas Daryus və Stasis Girenas adına stadionda keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.

Bu, millimizin yeni mövsümdəki ilk sınağı olacaq. Litvalılar isə ötən gecə səfərdə Lixtenşteyn üzərində 2:0 hesablı qələbəyə seviniblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: