İspaniya çempionu “Barselona”nın və Braziliya millisinin hücumçusu Rafinyanın bud nahiyəsinin arxa səthində zədə aşkarlanıb.
Arena.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının (CBF) mətbuat xidməti məlumat yayıb.
Rafinya Avstraliya ilə yoldaşlıq görüşündə (4:2) zədələnib və qarşılaşmanın fasiləsində əvəzlənib. Braziliyalı futbolçu matçda 11 metrlik cərimə zərbəsindən qol vurmağa da imkan tapıb.
Qeyd olunur ki, hücumçu yaxın vaxtlarda “Barselona”nın düşərgəsinə qayıdacaq. Rafinyanın müalicə və bərpa müddəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.
Rafinya 2022-ci ilin yayından “Barselona”da çıxış edir. O, cari mövsümdə Kataloniya klubunun heyətində bütün turnirlərdə keçirdiyi 8 oyunda 14 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Braziliyalı hücumçu 12 qolla hazırda İspaniya çempionatının bombardirlər siyahısına başçılıq edir.


