Tuxel və Biliçdən 0:7-yə şərh

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda Xorvatiyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Tuxel 7:0 hesablı qələbəyə sevindikləri səfər matçında komandasının nümayiş etdirdiyi oyundan razı qaldığını bildirib:

“Ümumilikdə bütün 90 dəqiqə ərzində hər bir futbolçu yüksək səviyyədə çıxış etdi – ilk dəqiqədən son dəqiqəyədək. Həm start heyətində meydana çıxanlar, həm də sonradan oyuna daxil olanlar özlərini yaxşı göstərdilər.

Bu, ən yüksək səviyyəli oyun idi və komandamı təbrik edirəm. Səfər oyunu üçün bu, çox təsirli görünürdü. Çoxsaylı qol imkanları yaratdıq. İlk dəqiqələrdən etibarən çox sərbəst oynadıq”, – deyə İngiltərə millisinin baş məşqçisi bildirib.

Xorvatiya millisinin baş məşqçisi Slaven Biliç isə ağır məğlubiyyətdən sonra komandasının heç bir komponentdə rəqiblə rəqabət apara bilmədiyini etiraf edib:

“Azarkeşlərə, tribunada olan uşaqlara, bütün xorvat futbolsevərlərinə görə çox təəssüf edirəm. Amma inanın, ən çətin vəziyyətdə olan biz idik. Belə bir nəticənin olacağını heç təsəvvür etmirdik.

İngiltərə ilə heç bir komponentdə rəqabət apara bilmədik – nə aqressivlikdə, nə texnikada, nə də fiziki hazırlıqda. Daha sonra özünəinamımız, konsentrasiyamız və iradəmiz zəiflədi və hər şey planlaşdırdığımız kimi getmədi”, – deyə Biliç bildirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: