Bu gün futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsinin növbəti turu çərçivəsində Azərbaycan – Litva oyunu keçiriləcək.
Arena.az xəbər verir ki, artıq sözügedən komandaların bu oyun üçün heyətləri də açıqlanıb.
Qeyd edək ki, bu görüşü Portuqaliyadan olan ədalət təmsilçiləri idarə edəcəklər. Qarşılaşmanın baş hakimi Qustavo Korreya olacaq.
Bakıda baş tutacaq oyuna saat 17:00-da start veriləcək.
UEFA Millətlər Liqası
D Liqası, 2-ci qrup
4 oktyabr
17:00. Azərbaycan – Litva
Baş hakim: Qustavo Korreya (Portuqaliya).
Yan hakimlər: Andre Filipe Noqeyra Dias, Andreya Souza (Portuqaliya).
Dördüncü hakim: Şafak Barmaksız (Portuqaliya).
VAR hakimi: Manuel Şüttengruber (Portuqaliya).
AVAR hakimi: Aleksander Harkam (Portuqaliya).
Bakı. 8-ci km stadionu.
Azərbaycan: 1. Emil Balayev, 2. Rəhman Daşdəmirov, 3. Rüfət Abbasov, 4. Rahil Məmmədov, 6. Abdulla Xaybullayev, 7. Toral Bayramov, 10. Mahir Emreli, 15. Bədavi Hüseynov (k), 18. Oruc Məmmədov, 19. Tellur Mütəllimov, 20. Aleksey İsayev.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rəvan Mirzəmmədov, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 11. Anatoli Nuriyev, 13. Emil Səfərov, 14. Elvin Bədəlov, 16. Ceyhun Nuriyev, 17. Vüsal İsgəndərli, 21. Rüfət Abdullazadə, 22. Musa Qurbanlı.
Baş məşqçi: Ayxan Abbasov.
Litva: 12. Tomas Şvedkauskas, 3. Edqaras Utkus, 6. Modestas Vorobyovas, 7. Artur Doljnikov, 10. Armandas Kuçis, 13. Yustas Lasickas (k), 14. Vikintas Slivka, 15. Qvidas Gineitis, 18. Vilius Armalas, 20. Rokas Lekiatas, 21. Adrian Lickunas.
Ehtiyat oyunçular: 1. Lukas Paukşte, 23. Djuqas Bartkus, 2. Artemiyus Tutişkinas, 4. Faustas Steponaviçyus, 5. Kipras Kazukolovas, 8. Domantas Şluta, 9. Manfredas Ruzqis, 11. Eliyus Yankauskas, 16. Lukas Miçelbrink, 17. Deyvidas Maljinskas, 19. İqnas Venckus, 22. Motveyus Burba.
Baş məşqçi: Edqaras Yankauskas.


