Tibo Kurtua karyerasını “Real”da başa vurmaq istəyir

Madrid “Real”ının qapıçısı Tibo Kurtua klubu tərk etmək niyyətində deyil və karyerasını Madrid təmsilçisinin heyətində başa vurmağı planlaşdırır.

Arena.az xəbər verir ki, bu barədə “Diario AS” məlumat yayıb.

Məlumata görə, 34 yaşlı belçikalı qapıçı daha yüksək maliyyə şərtləri təklif edən klubların təkliflərini qəbul etmir. Kurtua hazırkı müqaviləsinin müddətini tam başa vurduqdan sonra peşəkar futbolçu karyerasını məhz “Real”da yekunlaşdırmaq istəyir.

Kurtua 2018-ci ilin yayından Madrid klubunda çıxış edir. O, cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 8 oyunda meydana çıxıb və 9 qol buraxıb. Tibonun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti gələn ilin yayında bitəcək.

Belçikalı qapıçı “Real”ın heyətində üç dəfə İspaniya çempionu olub, iki dəfə isə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.

Tibo Kurtua Belçika millisində 115 oyun keçirib. O, 2014, 2018 və 2022-ci illərdə dünya çempionatlarında iştirak edib, 2018-ci ildə Rusiyada keçirilən mundialda Belçika ilə bürünc medal qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: