İtaliya millisinin baş məşqçisi Roberto Mançini UEFA Millətlər Liqasında Türkiyə yığmasına qarşı keçirəcəkləri oyunla bağlı gözləntilərini bölüşüb.
Arena.az xəbər verir ki, bu gün, oktyabrın 5-də Bolonyadakı “Renato Dall’Ara” stadionunda keçiriləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.
Mançini Türkiyə millisinin kifayət qədər güclü olduğunu bildirib:
“Türkiyənin çox güclü millisi var. Heyətində yüksək səviyyəli futbolçular çıxış edir. Vinçenzo Montella komandanı dünya çempionatına çıxarmaqla böyük iş görüb. Hazırda çətin dövr keçirsələr də, ciddi kadr itkiləri də var. Türkiyəni qiymətləndirməmək böyük səhv olardı. Komandanın çətin mərhələdən keçməsi oyunun asan olacağı anlamına gəlmir. Belə düşünmək kobud səhvə yol vermək deməkdir”.
İtaliya millisinin çalışdırıcısı bəzi futbolçuların vəziyyətindən də danışıb. Onun sözlərinə görə, Moyze Kin optimal formada deyil və bərpa olunmadığı üçün düşərgəni tərk edəcək.
“Biz müxtəlif futbolçuları sınayırıq, çünki oyunlar sıx qrafiklə keçirilir və bu da yorğunluğa səbəb olur. Ola bilsin ki, ilk dəqiqələrdən Pyo Espozitonun əvəzinə Canluka Skamakkaya üstünlük verək. Onların xüsusiyyətləri oxşardır, amma sərəncamımızda çoxlu futbolçu var”, – deyə Mançini bildirib.


