UEFA Millətlər Liqasında 4-cü tura yekun vuruldu

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2026/2027-ci illər mövsümünün qrup mərhələsinin 4-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, A, B və C liqalarında ümumilikdə 10 qarşılaşma baş tutub.

A Liqasında Xorvatiya İspaniyanı, İngiltərə isə Çexiyanı qəbul edib. İspanlar səfərdə, ingilislər evdə qələbə qazanıblar.

B Liqasının Şotlandiya – Sloveniya matçına da maraq böyük idi. Bu görüşdə də sloveniyalılar qələbəyə seviniblər.

Qeyd edək ki, bu gün keçirilən oyunlardan sonra turnirdə bir aylıq fasilə yaranıb. UEFA Millətlər Liqasında növbəti oyunların noyabr ayında keçirilməsi nəzərdə tutulub.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 4-cü tur

6 oktyabr

A Liqası, 3-cü qrup

Xorvatiya – İspaniya 1:2
İngiltərə – Çexiya 3:0

Xallar: İspaniya – 12. İngiltərə – 9. Xorvatiya – 3. Çexiya – 0.

B Liqası, 1-ci qrup

İsveçrə – Şimali Makedoniya 3:0
Şotlandiya – Sloveniya 1:2

Xallar: İsveçrə – 12. Sloveniya – 7. Şotlandiya – 4. Şimali Makedoniya – 0.

C Liqası, 1-ci qrup

Albaniya – San Marino 2:1
Belarus – Finlandiya 1:0

Xallar: Albaniya – 9. Belarus – 7. Finlandiya – 7. San Marino – 0.

C Liqası, 3-cü qrup

Qazaxıstan – Farer adaları 2:2
Moldova – Slovakiya 0:4

Xallar: Slovakiya – 10. Moldova – 4. Farer adaları – 4. Qazaxıstan – 2.

C Liqası, 4-cü qrup

Lüksemburq – Bolqarıstan 0:2
Estoniya – İslandiya 0:0

Xallar: İslandiya – 8. Estoniya – 6. Bolqarıstan – 4. Lüksemburaq – 3.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: