Ksander Severina PFL tərəfindən mükafatlandırıldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində “Sabah”ın cinah hücumçusu Ksander Severina mükafatlandırılıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, avqust ayının ən yaxşı qolunun müəllifinə mükafatı qurumun inzibati binasında PFL prezidenti Elxan Səmədov təqdim edib. Mükafatlandırmadan sonra təəssüratlarını bölüşən Severina “Ayın qolu” layihəsində qalib seçilməsindən məmnunluğunu ifadə edib.

Futbolçu qazandığı pul mükafatını “Sabah Futbol Akademiyası Gələcəyin İstedadları” fonduna təqdim edəcəyini vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında avqust ayının ən yaxşı qolunun müəllifi “Sabah”ın futbolçusu Ksander Severina olmuşdu. O, Premyer Liqanın 2026/2027-ci illər mövsümünün 1-ci turu çərçivəsində qarşılaşdıqları “Kəpəz”lə ev oyununda komandasının ikinci qoluna imza atmışdı. Bu oyun “Sabah”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: