Peşəkar Futbol Liqası (PFL) tərəfindən təşkil edilmiş “Ayın qolu” layihəsi çərçivəsində 2026-cı ilin sentyabr ayının qalibləri müəyyənləşib.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, Azərbaycan Premyer Liqasında sentyabr ayının ən yaxşı qolunun müəllifi “Neftçi”nin mərkəz yarımmüdafiəçisi Qustavo Klisman olub. O, Premyer Liqanın 2026/2027-ci illər mövsümünün 5-ci turu çərçivəsində qarşılaşdıqları “İmişli” ilə səfər oyununda komandasının üçüncü qoluna imza atmışdı. Bu oyun “Neftçi”nin 3:2 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Birinci Liqada Əfqan Əliyev (“Zaqatala”), İkinci Liqada Elvin Cahangirli (“Dinamo”) birinci olub.
Qeyd edək ki, PFL Premyer Liqada, Birinci Liqada və İkinci Liqada “Ayın qolu” layihəsinin qaliblərini 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdirir. Səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi PFL-in səlahiyyətləri daxilindədir.



