Madrid “Real”ının sabiq sağ cinah müdafiəçisi və kapitanı Daniel Karvaxal İspaniyanın digər klubu “Xetafe”yə keçməyəcək.
Arena.az xəbər verir ki, bu barədə Madrid klubunun prezidenti Anxel Torres ESPN-ə açıqlamasında məlumat verib.
74 yaşlı funksioner ispan müdafiəçinin “Xetafe”yə mümkün transferi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Daha əvvəl xarici mediada “Xetafe”nin müdafiə xəttindəki problemləri aradan qaldırmaq üçün azad agentlər bazarını araşdırdığı və Karvaxalla maraqlandığı barədə məlumat yayılmışdı. “Real”dan ayrıldıqdan sonra klubsuz qalan futbolçunun Madrid şəhərində yaşamağa davam etmək istədiyi və bu səbəbdən “Xetafe”yə keçməyə ilkin razılıq verdiyi bildirilirdi.
Lakin Torres bu məlumatlara aydınlıq gətirib:
“Alınmadı, heç bir danışıqlar aparılmır”, – deyə “Xetafe”nin prezidenti bildirib.
Qeyd edək ki, Daniel Karvaxal “Real”ın yetirməsidir. O, uzun illər Madrid klubunun əsas komandasında çıxış edib və çoxsaylı titullar qazanıb. Karvaxalın kolleksiyasında UEFA Çempionlar Liqasının və İspaniya çempionatının bir neçə qalibi titulu var.


