“Kalyari” Di Françesko ilə müqaviləyə xitam verdi

İtaliyanın “Kalyari” klubu baş məşqçi Eusebio Di Françesko ilə müqaviləyə xitam verib. Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, “Kalyari” Di Françeskonu fevralın 22-də istefaya göndərmişdi. Lakin onun klubla müqaviləsi qüvvədə idi. İyunun 7-də tərəflər qarşılıqlı razılıq əsasında həmin müqaviləyə xitam veriblər.

Di Françesko “Kalyari”yə ötən ilin 3 avqustundan etibarən rəhbərlik edirdi. 52 yaşlı mütəxəssis köməkçiləri ilə birgə qovulmuşdu. Klub rəhbərliyi onu Leonardo Sempliçi ilə əvəz edib. 54 yaşlı mütəxəssislə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalanıb. Onun rəhbərliyi altında komanda geridə qalan mövsümü 16-cı pillədə başa vurub və elitadakı yerini qoruyub.

Sonda onu da bildirək ki, Di Françeskonun bundan sonra “Verona”ya rəhbərlik edəcəyi iddia olunur. Geridə qalan mövsümü 10-cu sırada bitirmiş bu komanda İvan Yuriçin istefasından sonra baş məşqçi axtarışındadır. Yuriç də “Torino”ya baş məşqçi təyin olunub.

Xəbəri sosial şəbəkələrdə paylaş: