Azərbaycanın qadınlardan ibarət “Kür” həndbol komandası EHF Avropa Kubokunda 2026/27 mövsümündə ilk oyununu keçirib.
Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin 2-ci təsnifat mərhələsində Kiprin APOEL kollektivi ilə üz-üzə gəlib.
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilmiş qarşılaşma Mingəçevir kollektivi üçün uğurlu alınıb. Belə ki, təmsilçimiz yekunda 40:18 hesablı qələbəyə sevinib.
Xatırladaq ki, tərəflər arasında cavab oyunu oktyabrın 11-də eyni məkanda baş tutacaq.


