U-23 millimiz Xorvatiyadakı DÇ-də 4-cü oldu

Azərbaycanın minifutbol üzrə U-23 yığması Xorvatiyada təşkil edilmiş dünya çempionatında üçüncü yer uğrunda matçda məğlub olub.

Arena.az xəbər verir ki, İlkin Hacıyevin baş məşqçisi olduğu komanda sözügedən oyunda Macarıstan millisinə məğlub olub.

Yığmamız əsas vaxtı qolsuz başa çatmış qarşılaşmanın penaltilər seriyasında inamsız çıxış edib – 2:3.

Xatırladaq ki, Azərbaycan milli komandası yarımfinalda Rumıniya seçməsinə 0:2 hesabı ilə uduzaraq üçüncü yer uğrunda oynamaq məcburiyyətində qalmışdı.

U-23 millimiz daha əvvəl keçirdiyi oyunlarda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiyanı 4:2, Slovakiyanı isə 3:2 hesabı ilə üstələyib. Komandamız Rumıniya ilə də heç-heçə (3:3) edib.

Azərbaycan millisi bu dünya çempionatına aşağıdakı heyətlə qatılmışdı:

Qapıçılar:
1. Elcan Sarıyev
93. Cavid Rəhimov

Oyunçular:
6. Mirzə Əmirov
7. Xəzər Ağalızadə
8. Murad Fərzəliyev
9. Kərim İbrahimov
10. Kənan Məsiмov
11. Bəyoğlan Vəlizadə
13. Ümid Qəhrəmanov
15. Ayxan Mustafazadə
19. Mirmövsüm Caniyev
20. Fərid Abbasov
21. Emil Binyatzadə
27. Nihad Ağayev
80. İbrahim Ağayarov

Baş məşqçi: İlkin Hacıyev

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: