Premyer Liqa: 10-cu turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 10-cu turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə vurğulanır ki, 10-cu turun oyunları dörd günü əhatə edəcək. Tura oktyabrın 30-da Tovuzda keçiriləcək “Turan Tovuz” – “Sabah” oyunu ilə start veriləcək. Turun sonuncu oyunu isə noyabrın 2-də “Sumqayıt”la “Şəfa” arasında keçiriləcək.

Premyer Liqa
10-cu tur

30 oktyabr

“Turan Tovuz” – “Sabah”
Tovuz şəhər stadionu, 18:30.

31 oktyabr

“Araz-Naxçıvan” – “Zirə”
Şamaxı şəhər stadionu, 15:00.

“Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu, 17:30.

1 noyabr

“Şamaxı” – “Neftçi”
Şamaxı şəhər stadionu, 15:00.

“Kəpəz” – “İmişli”
Gəncə şəhər stadionu, 17:30.

2 noyabr

“Sumqayıt” – “Şəfa”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: