Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə üç qarşılaşma baş tutub.
Beş qolun qeydə alındığı “Kasımpaşa” – “Samsunspor” matçında meydan sahibləri darmadağına seviniblər. “Başakşəhər” də “Qaziantep”i məğlub yola salıb.
“Kocaelispor” isə doğma meydanda “Göztəpə”yə məğlub olub.
Qeyd edək ki, 8-ci tura oktyabrın 19-da keçiriləcək “Trabzonspor” – “Beşiktaş” matçı ilə yekun vurulacaq.
Türkiyə, Super Liqa
8-ci tur
16 oktyabr
Çorum – Rizəspor 2:1
17 oktyabr
Ərzurumspor – Eyüpspor 2:0
Amedspor – Konyaspor 1:0
Gənclərbirliyi – Qalatasaray 0:1
Fənərbağça – Alanyaspor 3:0
18 oktyabr
Kasımpaşa – Samsunspor 4:1
Kocaelispor – Göztəpə 1:2
Başakşəhər – Qaziantep 2:1
19 oktyabr
21:00. Trabzonspor – Beşiktaş


