“Turan Tovuz” tarixinin 50-ci məğlubiyyətinə üzüldü

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün 8-ci turunda “İmişli”yə 0:1 hesabı ilə məğlub olub.

Arena.az xəbər verir ki, bu, Qərb təmsilçisinin turnirdə 50-ci məğlubiyyəti kimi tarixə düşüb.

Tovuz təmsilçisi 149-cu oyununda 50-yə çatıb. Məğlubiyyətlərdən 25-i evdə, 25-i səfərdə qeydə alınıb. Sözügedən klub 50 və daha çox oyunda uduzan 31-ci komanda kimi tarixə düşüb.

Qeyd edək ki, bu komandanın ilk məğlubiyyəti 2022-ci il avqustun 8-də “Qəbələ” ilə ev görüşündə qeydə alınıb – 0:2.

“Turan Tovuz” Azərbaycan Premyer Liqaasının cari mövsümündə qeyri-sabit çıxışı ilə diqqət çəkir. Belə ki, keçirdiyi 8 oyunda 4 qələbə qazanmış Tovuz təmsilçisi 2 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. 14 xalı olan komanda 12 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: