ÇL: “Barselona” PSJ-yə uduzdu, “Fənərbağça” xal itirdi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/2027-ci illər mövsümünün əsas mərhələsinin 3-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutub.

Azərbaycan təmsilçisi “Sabah” evdə Almaniyanın “Borussiya” (Dortmund) klubunu qəbul edib. Üç qolluq görüşdə “bayquşlar” məğlubiyyətə üzülüblər.

“Fənərbağça” Türkiyədə “Slaviya”nı (Praqa, Çexiya) sınağa çəkib. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

“Sabah”ın növbəti rəqiblərindən olan İspaniya çempionu “Barselona” Fransada ÇL-in sonuncu qalibi PSJ ilə üz-üzə gəlib. Altı qolun qeydə alındığı matçda Paris təmsilçisi inamlı qələbəyə sevinib.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 3-cü tur

20 oktyabr

Fənərbağça (Türkiyə) – Slaviya (Çexiya) 2:2
Sabah (Azərbaycan) – Borussiya (Dortmund, Almaniya) 1:2
PSJ (Fransa) – Barselona (İspaniya) 4:2
Liverpul (İngiltərə) – Vilyarreal (İspaniya) 4:3
Mançester Siti (İngiltərə) – AEK (Afina, Yunanıstan) 5:1
Roma (İtaliya) – Slovan (Slovakiya) 4:0
Portu (Portuqaliya) – PSV (Niderland) 0:1
Napoli (İtaliya) – Bodo Qlimt (Norveç) 4:3
Ştutqart (Almaniya) – Atletiko (İspaniya) 1:1

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: