Fil Foden ÇL-də həftənin ən yaxşı oyunçusu seçildi

“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden UEFA Çempionlar Liqasında (ÇL) həftənin ən yaxşı oyunçusu adına layiq görülüb.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

İngiltərəli futbolçu ÇL-in Liqa mərhələsinin 3-cü turunda Yunanıstanın AEK komandası ilə qarşılaşmada het-trikə imza atıb. “Şəhərlilər” doğma meydanda rəqibini 5:1 hesabı ilə məğlub ediblər.

Fil Foden 34, 65 və 76-cı dəqiqələrdə fərqlənərək komandasının qələbəsində həlledici rol oynayıb. O, bu oyunda Çempionlar Liqasında ilk het-trikinə imza atıb.

Xatırladaq ki, Mükafat uğrunda İtaliyanın “Komo” klubundan Niko Pas, A Seriyasının digər təmsilçisi “Napoli”dən Skott Maktominey və İngiltərə nəhəngi “Liverpul”dan Rio Nqumoa da mübarizə aparırdılar. Amma azarkeşlər arasında UEFA-nın rəsmi saytında aparılmış sorğunun yekununda Foden hamını qabaqlayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: