La Liqa: “Atletik” “Levante”yə məğlub oldu

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünün 6-cı turundan təxirə salınmış oyun keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə oyununda “Levante” doğma meydanda Bilbao “Atletik”i ilə üz-üzə gəlib.

Dörd qolun qeydə alındığı oyun qonaqlar üçün uğursuz alınıb. Meydan sahibləri yekunda inamlı qələbəyə seviniblər.

Beləliklə, 9 turdan sonra 10 xala malik “Levante” hazırda 11-ci pillədə qərarlaşıb. 9 xalı olan Bilbao “Atletik”i isə 13-cüdür.

Çempionatın yarış cədvəlinə keçirdiyi 9 oyunun hamısından qalib ayrılmış “Barselona” liderlik edir – 27 xal. 22 xalı olan Madrid “Atletiko”su ikinci, 21 xala malik Madrid “Real”ı isə üçüncü pillədə qərarlaşıb.

İspaniya, La Liqa
6-cı turun oyunu

22 oktyabr

Levante – Atletik 3:1
Qollar: Bruque, 20; 22. Etta Eyonq, 90+8 – Berencer, 67-pen.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: