Liqa Kubokunda sonuncu 1/4 finalçı “Everton” oldu!

Bu gün keçirilmiş oyunla futbol üzrə İngiltərə Liqa Kubokunda 2026/2027-ci illər mövsümünün 1/8 final mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

“Everton” doğma meydanda “Nyukasl” ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı görüşdə meydan sahibləri inamlı qələbə sayəsində növbəti mərhələyə vəsiqə qazanıblar.

Qeyd edək ki, daha öncə “Bradford Siti”, “Flitvud”, “Mançester Siti”, “Bornmut”, “Kristal Pelas”, “Sanderlend” və “Liverpul” da Liqa Kubokunda 1/4 finala vəsiqə qazanmışdılar.

İngiltərə Liqa Kuboku
1/8 final mərhələsi

27 oktyabr

“Bradford Siti” – “Peterboro” 2:0
“Flitvud” – “Arsenal” — 1:1 (penaltilər seriyası: 5:3)

28 oktyabr

“Mançester Siti” – “Brayton” 2:2 (penaltilər 4:3)
“Bornmut” – “Aston Villa” 3:0
“Fulhem” – “Kristal Pelas” 0:1
“Sanderlend” – “Brentford” 3:2
“Liverpul” – “Çelsi” 1:1 (penaltilər 6:5)

29 oktyabr

“Everton” – “Nyukasl” 3:1

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: