Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2026/2027-ci illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
“Yuventus” doğma meydanda “Napoli”yə, “Komo” “Venesiya”ya, “Frozinone” “Torino”ya qalib gəlib. “Leççe” – “Cenoa” matçında isə qonaqlar qələbə qazanıblar.
Lider “Latsio” isə bu turda “Kalyari”ni məğlub etməklə zirvədəki mövqeyini möhkəmləndirib.
Qeyd edək ki, 10-cu turun qalan görüşləri noyabrın 2-də keçiriləcək.
İtaliya, A Seriyası
10-cu tur
31 oktyabr
Bolonya – Montsa 2:1
Udineze – Roma 2:5
Milan – İnter 3:1
1 noyabr
Komo – Venesiya 1:0
Frozinone – Torino 2:0
Latsio – Kalyari 2:1
Leççe – Cenoa 1:2
Yuventus – Napoli 2:0
2 noyabr
21:30. Sassuolo – Fiorentina
23:45. Atalanta – Parma


