Tibo Kurtua “Real”ın rekordçuları sırasında!

İspaniya nəhəngi “Real”ın qapıçısı Tibo Kurtua Madrid klubunun tarixində ən çox rəsmi oyun keçirmiş üç qapıçıdan birinə çevrilib.

Arena.az xəbər verir ki, belçikalı qolkiper İspaniya La Liqasının 2026/2027-ci illər mövsümünün 11-ci turu çərçivəsində qarşılaşdıqları “Rasinq”lə səfər matçında “Real”ın heyətində 346-cı rəsmi oyununa çıxıb.

Beləliklə, Kurtua bu göstəricidə Migel Anxelə çataraq klub tarixinin qapıçıları arasında üçüncü pilləni bölüşür.

Bu siyahıya 725 oyunla İker Kasilyas başçılıq edir. Fransisko Buyo isə 456 qarşılaşma ilə ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, 34 yaşlı Tibo Kurtua 2018-ci ildən “Real”ın formasını geyinir. Təcrübəli qolkiper Madrid klubunun heyətində meydana çıxdığı 346 oyunda 339 qol buraxıb, 132 matçda qapısını toxunulmaz saxlayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: