Bu gün keçirilmiş oyunlarla futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2026/2027-ci illər mövsümünün 10-cu turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Altı qolun qeydə alındığı “Sassuolo” – “Fiorentina” matçında Florensiya təmsilçisi inamlı qələbəyə sevinib. “Atalanta” isə evdə “Parma”ya 3 cavabsız qolla məğlub olub.
Beləliklə, geridə qalmış 10 turdan sonra 28 xala malik “Latsio” vahid liderdir. “İnter” 25 xalla ikinci, “Roma” 24 xalla üçüncü pillədə qərarlaşıb. “Komo”nun 23, “Milan”ın 21, “Frozinone”nin 20, “Yuventus”un 17 xalı var.
İtaliya, A Seriyası
10-cu tur
31 oktyabr
Bolonya – Montsa 2:1
Udineze – Roma 2:5
Milan – İnter 3:1
1 noyabr
Komo – Venesiya 1:0
Frozinone – Torino 2:0
Latsio – Kalyari 2:1
Leççe – Cenoa 1:2
Yuventus – Napoli 2:0
2 noyabr
Sassuolo – Fiorentina 2:4
Atalanta – Parma 0:3


