La Liqa: “Deportivo” “Osasuna”nı xalsız yola saldı

Bu gün keçirilmiş oyunla futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünün 11-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Deportivo” doğma meydanda “Osasuna” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Beləliklə, geridə qalmış 11 turdan sonra 30 xala malik “Barselona” vahid liderdir. “Atletiko” 28 xalla ikinci, “Real” 27 xalla üçüncü pillədə qərarlaşıb. “Betis” 23, “Real Sosyedad” 19, “Sevilya” 17, “Atletik” 15 xal toplayıb.

İspaniya, La Liqa
11-ci tur

30 oktyabr

Vilyarreal – Espanyol 0:1

31 oktyabr

Levante – Atletiko 0:2
Rayo Valyekano – Selta 3:0
Betis – Malaqa 2:1
Barselona – Alaves 6:1

1 noyabr

Xetafe – Sevilya 3:1
Rasinq – Real 0:3
Elçe – Valensiya 0:1
Atletik – Real Sosyedad 2:1

2 noyabr

Deportivo – Osasuna 2:1

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: