ÇL: 4-cü tura yekun vurulur

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/2026-cı illər mövsümünün Liqa mərhələsinin 4-cü turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 9 qarşılaşma baş tutacaq.

Azərbaycan çempionu “Sabah” səfərdə Norveçin “Vikinq” komandasının qonağı olacaq. “Bayquşlar” ÇL-də ilk səfər qələbəsini rəsmiləşdirməyə çalışacaqlar.

Türkiyənin “Fənərbağça” komandası evdə İngiltərə nəhəngi “Liverpul”la üz-üzə gələcək.

Dortmund “Borussiya”sı Almaniyada İspaniyanın “Betis” komandası ilə qarşılaşacaq. İngiltərə çempionu “Arsenal” Çexiyada “Slaviya”nın, “Mançester Siti” Almaniyada “Leypsiq”in, Madrid “Real”ı isə Yunanıstanda AEK-in qonağı olacaq.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 4-cü tur

4 noyabr

21:45. Fənərbağça (Türkiyə) – Liverpul (İngiltərə)
21:45. AEK (Yunanıstan) – Real (İspaniya)
00:00. Borussiya (Dortmund, Almaniya) – Betis (İspaniya)
00:00. Portu (Portuqaliya) – Napoli (İtaliya)
00:00. PSV (Niderland) – Brügge (Belçika)
00:00. Leypsiq (Almaniya) – Mançester Siti (İngiltərə)
00:00. Slaviya (Çexiya) – Arsenal (İngiltərə)
00:00. Lans (Fransa) – Komo (İtaliya)
00:00. Vikinq (Norveç) – Sabah (Azərbaycan)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: