“Sabah” və “Qarabağ” klublarının U-19 komandaları bu gün UEFA Gənclər Liqasının 2026/27 mövsümündə növbəti oyunlarına çıxacaqlar.
Arena.az xəbər verir ki, “Sabah” UEFA Gənclər Liqasının əsas mərhələsinin 4-cü turunda Norveç təmsilçisi “Vikinq”in müvafiq yaş qrupundan ibarət kollektivinin qonağı olacaq.
“Sandnes Ulf Arena”da təşkil ediləcək oyuna Bakı vaxtı ilə saat 16:00-da start veriləcək. “Bayquşlar”ın U-19 komandası daha əvvəl Dortmund “Borussiya”sına (0:2), Çexiyanın “Slaviya” (0:3) və İngiltərənin “Mançester Yunayted” (0:5) kollektivlərinə məğlub olub.
“Qarabağ” isə UEFA Gənclər Liqasının Çempionlar Yolunun 2-ci təsnifat mərhələsinin cavab görüşündə Xorvatiyada Zaqreb “Dinamo”sunun qonağı olacaq. Bu matça da Bakı vaxtı ilə saat 16:00-da start veriləcək. Bakıdakı ilk qarşılaşmada Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv bu rəqibinə 1:2 hesabıyla məğlub olub.


