Avroliqa: “Olimpiakos” “Renn”ə qarşı

Bu gün keçiriləcək oyunla futbol üzrə Avropa Liqasında (Avroliqa) 2026/2027-ci illər mövsümünün Liqa mərhələsinin 4-cü turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Günün yeganə oyununda “Renn” Fransada Yunanıstan təmsilçisi “Olimpiakos”u qəbul edəcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.

Turun qalan görüşləri sabah – noyabrın 5-də baş tutacaq.

Avroliqa
Liqa mərhələsi, 4-cü tur

4 noyabr

19:30. Renn (Fransa) – Olimpiakos (Yunanıstan)

5 noyabr

21:45. Milan (İtaliya) – Ferentsvaroş (Macarıstan)
21:45. Anderlext (Belçika) – Zalsburq (Avstriya)
21:45. Kristal Pelas (İngiltərə) – Hoffenhaym (Almaniya)
21:45. Levski (Bolqarıstan) – Yagelloniya (Polşa)
21:45. Lilleström (Norveç) – Viktoriya (Çexiya)
21:45. Neymegen (Niderland) – Omoniya (Kipr)
21:45. Real Sosyedad (İspaniya) – Olimpik (Lion, Fransa)
21:45. Sparta (Çexiya) – Bornmut (İngiltərə)
00:00. Alkmaar (Niderland) – Yuventus (İtaliya)
00:00. Bayer (Almaniya) – Olimpik (Marsel, Fransa)
00:00. Benfika (Portuqaliya) – Lex (Polşa)
00:00. Selta (İspaniya) – Yunion (Belçika)
00:00. Seltik (Şotlandiya) – Beşiktaş (Türkiyə)
00:00. Hapoel (Beer-Şeva, İsrail) – OFİ (Yunanıstan)
00:00. Şturm (Avstriya) – Çelye (Sloveniya)
00:00. Sanderlend (İngiltərə) – Dinamo (Xorvatiya)
00:00. Torrense (Portuqaliya) – Ararat (Ermənistan)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: