Futzal millimiz Lənkəranda Çexiya ilə üz-üzə

Futzal üzrə Azərbaycan milli komandası bu gün dünya çempionatının (DÇ-2028) əsas mərhələsi çərçivəsində növbəti matçını keçirəcək.

Arena.az xəbər verir ki, əsas mərhələnin 12-ci qrupunda yer almış komandamız Çexiya yığması ilə qarşılaşacaq.

Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək oyuna saat 16:00-da start veriləcək. Qarşılaşmanın baş hakimi italiyalı Kiara Perona olacaq.

Qeyd edək ki, futzal millimiz millimiz bu rəqiblə qarşı səfərdə keçirdiyi ilk görüşdə 1:2 hesabı ilə uduzub.

DÇ-2028-in əsas mərhələsi
12-ci qrup

5 noyabr

Azərbaycan – Çexiya
Hakimlər: Kiara Perona, Martina Pikkolo, Simone Zanfino (hamısı İtaliya).
Timekeeper: İmran Məhərrəmov (Azərbaycan).
Hakim-inspektor: Viktor van Helvoirt (Niderland).
UEFA nümayəndəsi: Andrey Miadzvedzeu (Belarus).
Lənkəran Olimpiya İdman Kompleksi. Saat 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: