U-21 millimizin Omanla oyunlar üçün heyəti açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) noyabrın 9-dan 17-nə qədər Dalğa Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Hazırlıq prosesində U-21 millimiz Omanın U-23 yığması ilə iki yoxlama oyunu keçirəcək. Görüşlər noyabrın 14-də və 17-də baş tutacaq.

Qarşılaşmaların keçiriləcəyi stadion və başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.

Azərbaycan millisinin heyətinə dəvət alan futbolçuların siyahısını təqdim edirik:

  1. Sadiq Məmmədzadə – İmişli
  2. Səlim Həşimov – Gəncəbasar
  3. Teymur Həsənov – Qarabağ
  4. Ceyhun Bağırzadə – Şamaxı
  5. Elgün Dünyamalıyev – Sabah
  6. Hüseyn Hüseynov – Mingəçevir
  7. Timur Vəliyev – Master-Saturn (Rusiya)
  8. Məhəmməd Məhəmmədov – Neftçi
  9. Həsən Məmmədli – Rot-Vays Oberhauzen (Almaniya)
  10. Mikael Cəbrayılov – İnter Barselona (İspaniya)
  11. Allahverdi Rəhimov – Zaqatala
  12. Elnur Mustafayev – Mingəçevir
  13. Yusif Hacıyev – Zirə
  14. Qədir Ramazanov – Qəbələ
  15. Ceyhun Kəlbəliyev – Şimal
  16. Dinamin Bağırov – Gəncəbasar
  17. Cuma Hüseynov – Qəbələ
  18. Elmar Məmmədov – Şəfa
  19. Əli Xəlilov – Aleksandriya (Ukrayna)
  20. Müzəffər Qurbanov – Dnepr (Belarus)
  21. İlkin Cəfərli – Sabah
  22. Elşən Hidayətov – Baku Sportinq
  23. Yusif Mehtiyev – Lokomotiv (Gürcüstan)
  24. Niyazi Osmanov – Şimal
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: