Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 11-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
“Eyüpspor” doğma meydanda “Kocaelispor”a, “Göztəpə” isə “Başakşəhər”ə məğlub olub. “Samsunspor” “Konyaspor”la ev oyununda 3 xalı tək qolla qazanıb. Yeddi qolun qeydə alındığı “Qalatasaray” – “Amedspor” matçında isə meydan sahibləri qalib gəliblər.
Qeyd edək ki, 11-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Türkiyə, Super Liqa
11-ci tur
6 noyabr
Qaziantep – Kasımpaşa 0:2
7 noyabr
Eyüpspor – Kocaelispor 0:2
Samsunspor – Konyaspor 1:0
Qalatasaray – Amedspor 4:3
Göztəpə – Başakşəhər 1:2
8 noyabr
14:30. Rizəspor – Ərzurumspor
17:00. Çorum – Fənərbağça
19:30. Alanyaspor – Trabzonspor
22:00. Beşiktaş – Gənclərbirliyi


