İtaliya millisinin baş məşqçisi Roberto Mançini UEFA Millətlər Liqasında Belçikaya qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, italiyalı mütəxəssis qrup mərhələsinin son turunda Belçika ilə qarşılaşmanın asan olmayacağını bildirib.
“Artıq burada olmağımız və UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə uğrunda mübarizə aparmağımız qürurverici haldır. Nəticə üçün mübarizə aparacağıq. Qələbə qazana bilərik, amma tapşırığın çətin olduğunu da anlayırıq. Belçika əla komandadır. Onların yaxşı, texnikalı və sürətli futbolçuları var. Biz isə öz üslubumuzda oynayacağıq. Düşünürəm ki, bu oyun müəyyən mənada Fransa ilə qarşılaşmaya bənzəyəcək”, – deyə Mançini bildirib.
Qeyd edək ki, İtaliya – Belçika oyunu bu gün – noyabrın 15-də keçiriləcək. Qarşılaşmanın nəticəsi qrupdakı yekun sıralamaya və 1/4 finala vəsiqə uğrunda mübarizəyə birbaşa təsir göstərə bilər.


