Birinci Liqa: 9-cu turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan çempionatının Birinci Liqasında 2026/2027-ci illər mövsümünün 9-cu turunun oyun cədvəli müəyyənləşib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

9-cu tura noyabrın 26-da keçiriləcək 3 oyunla start veriləcək. Turun qalan görüşləri ayın 27-də baş tutacaq.

Birinci Liqa
9-cu tur

26 noyabr

“Baku Sportinq” – “Şahdağ Qusar”
“Baku Sportinq Arena”, 14:30.

“Karvan” – “Mingəçevir”
Yevlax şəhər stadionu, 14:30.

“Gəncəbasar” – MOİK
Gəncə şəhər stadionu, 19:00.

27 noyabr

“Zaqatala” – “Xankəndi”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Səbail”– “Şimal”
“Masazır Arena”, 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: