Bu gün keçirilmiş oyunlarla futbol üzrə UEFA Millətlər Liqasında 2026/2027-ci illər mövsümünün qrup mərhələsinə yekun vurulub.
Arena.az xəbər verir ki, 6-cı turun və mərhələnin sonuncu oyun günündə A və B liqalarında ümumilikdə 8 qarşılaşma baş tutub.
A Liqasında Danimarka yığması Norveçi, Uels millisi isə Portuqaliyanı qəbul edib. Beş qolun qeydə alındığı hər iki oyunda qonaqlar oxşar hesabla (3:2) qalib gəliblər.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 6-cı tur
17 noyabr
A Liqası, 4-cü qrup
Danimarka – Norveç 2:3
Uels – Portuqaliya 2:3
Xallar: Portuqaliya – 15. Norveç – 9. Danimarka – 9. Uels – 3.
B Liqası, 2-ci qrup
Ukrayna – Gürcüstan 1:0
Macarıstan – Şimali İrlandiya 1:1
Xallar: Şimali İrlandiya – 12. Macarıstan – 11. Ukrayna – 7. Gürcüstan – 2.
B Liqası, 3-cü qrup
İsrail – Avstriya 1:1
İrlandiya – Kosovo 3:0
Xallar: Avstriya – 12. İrlandiya – 8. Kosovo – 6. İsrail – 4.
B Liqası, 4-cü qrup
Bosniya və Herseqovina – Rumıniya 2:1
Polşa – İsveç 1:1
Xallar: İsveç – 14. Bosniya və Herseqovina – 11. Polşa – 5. Rumıniya – 3.


