2026-cı ilin noyabr ayında keçirdiyi hər iki oyundan qələbə ilə ayrılmış futbol üzrə Azərbaycan millisi FIFA reytinqində 3 pillə irəliləyib.
Arena.az bu barədə dünyanın ən ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir.
Ayxan Abbasovun baş məşqçisi olduğu komandamız hazırda 1145,18 xalla 124-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Azərbaycan millisi bu ay UEFA Millətlər Liqasının qrup mərhələsinin son oyununda Lixtenşteyni səfərdə 1:0 hesabıyla məğlub edib. Yığmamız beynəlxalq yoxlama matçında isə Andorranı 3:1 hesabıyla üstələyib.
FIFA reytinqinin ilk sırasında İspaniya (2004,48) seçməsi qərarlaşıb. Argentina millisi (1966.13) ikinci, Fransa komandası (1950.82) üçüncüdür.
Hazırda reytinqin ilk 10 pilləsində qərarlaşmış komandalar bunlardır:
- İspaniya – 2004,48
- Argentina – 1966,13
- Fransa – 1950,82
- İngiltərə – 1938,90
- Mərakeş – 1809,37
- Portuqaliya – 1801,28
- Braziliya – 1800,91
- Belçika – 1790,37
- Niderland – 1774,06
- Kolumbiya – 1735,90


