“Roma” futbol üzrə İtaliya A Seriyasının 2026/2027-ci illər mövsümünün ilk 12 turunda göstərdiyi məhsuldarlıqla tarixi göstəriciyə imza atıb.
Arena.az xəbər verir ki, paytaxt təmsilçisi 1950/1951-ci illər mövsümündən sonra çempionatın ilk 12 oyununda 35-dən çox qol vurmuş ilk komanda olub.
“Roma” A Seriyasının 12-ci turunda “Parma”nı 5:1 hesabı ilə məğlub edib. Bu nəticədən sonra komandanın cari çempionatda vurduğu qolların sayı 36-ya çatıb.
Qeyd edək ki, sonuncu dəfə buna bənzər nəticə 1950/51 mövsümündə qeydə alınıb. Həmin vaxt “İnter” və “Milan” ilk 12 turda 38, “Yuventus” isə 37 qol vurub.
Beləliklə, “canavarlar” 76 ildən sonra A Seriyasının ilk 12 turunda 35-dən çox qol vuran ilk komanda olub. Paytaxt təmsilçisi hazırda 12 oyuna topladığı 30 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komanda öz qapısından 11 qol buraxıb və yalnız “Komo”dan (10 qol) geri qalır.


